UFAZ-ın 46 tələbəsi Fransada yay məktəbində iştirak edir

UFAZ-ın 46 tələbəsi Fransada yay məktəbində iştirak edir Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetinin (UFAZ) 46 tələbəsi Fransanın Strasburq Universitetində təşkil olunan yay məktəbində iştirak edir.
Yay məktəbinin proqramına gündəlik fransız dili kursları və danışıq klubları, eyni zamanda, Strasburq Universitetinin elmi-tədris laboratoriyalarında dərslər, məşhur abidələrə, beynəlxalq təşkilatlara ekskursiyalar daxildir. Yay məktəbində iştirak edən tələbələr akademik göstəricilərinə əsasən II və III kurslar arasından seçilib.

Tehsil-press.az


Oxşar xəbərlər