ADNSU-nun müəllim və tələbələri Yüksək Texnologiyalar Parkında ekskursiyada olublar

ADNSU-nun müəllim və tələbələri Yüksək Texnologiyalar Parkında ekskursiyada olublar Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Kimya mühəndisliyi fakültəsinin müəllim və tələbələri Yüksək Texnologiyalar Parkında ekskursiyada olublar.
Ekskursiyada əsas məqsəd tələbələrin elmə, biliyə, yüksək texnologiyalara, elmi layihələrə marağının artırılması idi. Ekskursiya zamanı Yüksək Texnologiyalar Parkına baxış keçirilib, tələbələrə burada müasir tələblərə cavab verən iş şəraiti, yaradılmış maddi-texniki baza ilə yaxından tanış olmaq imkanı yaradılıb. Onlara, həmçinin Yüksək Texnologiyalar Parkının ən yeni texnoloji avadanlıqlarla təchiz olunmuş Strateji Elmi Analitik Mərkəzinin reallaşdırdığı layihələr barədə məlumat verilib.
Ölkəmizdə elmə, təhsilə daim xüsusi diqqət göstərilir, bu sahələrin inkişafına, yüksəkixtisaslı kadrların hazırlanmasına böyük önəm verilir. “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda gənclərin elmə marağının artırılması qarşıya mühüm vəzifə kimi qoyulub. Strategiyaya müvafiq olaraq, respublikamızda tələbələrin potensialının inkişaf etdirilməsi istiqamətində bir sıra layihələr həyata keçirilir.

Tehsil-press.az



Oxşar xəbərlər