İnşaat Kollecinin tələbələri Sumqayıt Texnologiyalar Parkında təcrübə keçəcəklər

İnşaat Kollecinin tələbələri Sumqayıt Texnologiyalar Parkında təcrübə keçəcəklər Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) nəzdində İnşaat Kollecinin kollektivi Sumqayıt Texnologiyalar Parkında (STP) ekskursiyada olub.
Kollecin əməkdaşları və tələbələri xüsusi ayrılmış avtobus vasitəsilə parkın ərazisini gəzib, burada yerləşən zavodların iş prinsipləri ilə tanış olublar.
Sonra STP və İnşaat Kolleci arasında qarşılıqlı əməkdaşlıq aktı imzalanıb. İmzalanan akta əsasən, İnşaat Kollecinin tələbələri üç ixtisas üzrə STP-nin zavod kompleksində təcrübə keçəcəklər.
STP-nin Peşəkar İnkişaf Mərkəzinin direktoru Abbas Abbasov növbəti illərdə İnşaat Kollecinin ixtisaslaşmış tələbələrinin məhz bu zavodlarda işlə təmin olunmalarının mümkünlüyündən danışıb.
İnşaat Kollecinin direktoru Namiq Ağamalıyev STP kimi nəhəng komplekslə qarşılıqlı əməkdaşlığın faydalarından söz açıb. Kollecin direktoru tələbələrin əl işlərindən ibarət hədiyyələri mərkəz əməkdaşlarına təqdim edib.

Hikmət Əliyev


İnşaat Kollecinin tələbələri Sumqayıt Texnologiyalar Parkında təcrübə keçəcəklər

Oxşar xəbərlər