Xəzər Universitetinin “Dünya” məktəbinin şagirdləri Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Yüksək Texnologiyalar Parkında (YT Park) olublar.
YT Parkın direktoru, aqrar elmlər üzrə fəlsəfə doktoru Vüqar Babayevlə görüşdə məktəblilərə ölkəmizdə yüksək texnologiyalar sahəsinin inkişafı istiqamətində görülən işlər və elm, təhsil, biznes əməkdaşlığı haqqında məlumat verilib.
Sonra YT Parkın rezidenti olan "Agro BioEchoTech" MMC-nin direktoru Əlibala Əlizadə şagirdlərə tövsiyələr verib.
YT Parkın hüquqşünası Fikrət Qayıbov isə təmsil etdiyi qurumun yaranması, rezidentliyə qəbul məsələləri, ideyaların texnologiyaya transferi və biznes inkubasiya mərkəzlərində keçdiyi inkişaf mexanizmi barədə danışıb.
Sonda şagirdlər YT Parkın rezidentləri "AMEA Təcrübə-Sənaye Zavodu" MMC və "Millers-Oils Azərbaycan" MMC-nin yağ istehsal sahələri, eləcə də pilotsuz uçan aparatlar və radio ekoloji monitorinq sistemi ilə tanış olublar.
Tehsil-press.az