Yüksək Texnologiyalar Parkının rezidentləri ilə görüş

Yüksək Texnologiyalar Parkının rezidentləri ilə görüş AMEA-nın Yüksək Texnologiyalar Parkında (YT Park) bu qurumun rezidentləri ilə görüş keçirilib.
Tədbiri “AMEA Yüksək Texnologiyalar Parkı” MMC-nin direktoru Vasif Abbasov açıb. O bildirib ki, dövlət başçısının Sərəncamı ilə yaradılmış YT Park innovativ texnoloji yeniliklərin respublikamızda genişləndirilməsi, təşəbbüslərin artırılması və ən əsası elmin kommersiyalaşmasını həyata keçirməklə innovativ sahibkarlığın formalaşmasına dəstək verir. YT Parkda rəqabətqabiliyyətli məhsul istehsalının, ciddi elmi tədqiqatlar aparılmasının əsas hədəflərdən olduğunu deyən V.Abbasov rezidentlərə vəzifə və öhdəliklərini xatırladaraq onlardan mütəmadi elmtutumlu və ixracyönümlü layihələr gözlənildiyini diqqətə çatdırıb.
Direktor qurumun fəaliyyətinin akademiya üçün prioritet istiqamətlərdən biri olduğunu vurğulayıb, parkın Azərbaycan alimlərinin elmi tədqiqat işlərinin innovativ məhsullara çevrilməsi və kommersiyalaşdırılması sahəsində müstəsna əhəmiyyət daşıdığını bildirib. Qeyd edib ki, YT Parkın əlverişli mühiti və rezidentlər üçün nəzərdə tutulmuş güzəşt və imtiyazlar məhsullarımızın rəqabət üstünlüyünü daha da artıraraq, sadəcə, idxal əvəzedici deyil, həm də ixrac potensialı yüksək olan məhsullara çevrilməsinə gətirib çıxaracaq.
O, rezidentlərin təkliflərini hər zaman dinləməyə hazır olduğunu, mövcud və yarana biləcək problemlərin müvafiq həlli yollarını birgə müəyyən etməyin məqsədəuyğunluğunu bildirib.

Tehsil-press.az

Oxşar xəbərlər