Son illər ölkəmizdə elmin nüfuzunun artırılması, elmi fəaliyyətin stimullaşdırılması istiqamətində bir sıra dövlət əhəmiyyətli tədbirlər həyata keçirilir.
2018-ci il aprelin 9-da Prezident İlham Əliyev cəmiyyətin inkişafında elmin əhəmiyyətini nəzərə alaraq Azərbaycan Respublikasında Elm Gününün təsis edilməsi haqqında Sərəncam imzalayıb. Elm Günü ölkəmiz üçün əlamətdar bir vaxta – Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) təsis olunduğu 27 mart tarixinə təsadüf etdiyi üçün xüsusi əhəmiyyət daşıyır. Bu, ölkə rəhbərinin Azərbaycan elminə göstərdiyi diqqət və qayğı ilə yanaşı, həm də elm amilinin respublikada hərəkətverici qüvvəyə çevrilməsi istiqamətində həyata keçirilən məqsədyönlü dövlət siyasətinin tərkib hissəsidir.
Bu fikirlər AMEA Yüksək Texnologiyalar Parkının mətbuat katibi, gənc tədqiqatçı Nərgiz Qəhrəmanovanın "Azərbaycan elminin inkişafı və kommersiyalaşdırılması ilə bağlı ciddi islahatlar aparılır" sərlövhəli məqaləsində yer alıb.
Məqalədə vurğulanır ki, respublika həyatının müxtəlif sahələrinin inkişaf etdirilməsində, ictimai fikrin formalaşdırılması və möhkəmləndirilməsində AMEA-nın böyük xidmətləri var. Bu elm ocağı ölkəmizdə ziyalı qüvvələrin yetişdirilməsində, dünya elminə inteqrasiya, elmi nailiyyətlərin əldə olunması işinə mühüm töhfələr verib. Azərbaycanın inkişafına dair həyata keçirilən bütün dövlət proqramlarının icrasında Milli Elmlər Akademiyası vacib vəzifələrin əsas daşıyıcılarından biri kimi yaxından iştirak edib.
Ümummilli lider Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi hər iki tarixi mərhələdə akademiyanın inkişafına böyük diqqət və qayğı göstərib. "Azərbaycan Milli Elmlər Akademiyası xalqımızın milli sərvətidir. Bu sərvəti qoruyub saxlamalıyıq", - deyən Ulu Öndər ölkə elminin inkişafı üçün əsas istiqamətləri müəyyənləşdirib, bu istiqamətdə məqsədyönlü tədbirlər həyata keçirib.
Prezident İlham Əliyev AMEA-nın regionun əsas elmi mərkəzinə çevrilməsi üçün akademiyanın fəaliyyətini dəstəkləyən fərman və sərəncamlar imzalayıb. 2016-cı ildə "Elm haqqında" Azərbaycan Respublikasının Qanununun qəbul edilməsi ilə ölkəmizdə müstəqil olaraq elm siyasətinin aparılmasına tam hüquqi-siyasi təminat verilib.
Bu gün AMEA-da görülən işlərə örnək kimi akademiya əməkdaşlarının dünyanın nüfuzlu elmi mərkəzlərində icra olunan layihələrdə iştirakını, ABŞ-ın, Almaniyanın, İtaliyanın elmi mərkəzləri ilə birlikdə xeyli sayda beynəlxalq laboratoriyaların yaradılmasını, ölkədə informasiya cəmiyyətinin formalaşması və inkişaf tendensiyasına müvafiq olaraq e-Azərbaycanın tərkib hissəsi kimi e-elmin formalaşması istiqamətində əldə olunan mühüm irəliləyişləri göstərə bilərik.
Azərbaycanda son illər elm və istehsalat arasında əlaqələrin gücləndirilməsinə xüsusi önəm verilir. Akademiya ölkədə sənayeləşmə siyasətinin həyata keçirilməsi istiqamətində qarşıya qoyulan vəzifələrin icrasında və sənayedə elmin xüsusi çəkisinin artırılmasında fəal iştirak edir. Həmçinin dövlət siyasətinin prioritetlərindən olan milli iqtisadiyyatın neftdən asılılığının azaldılması, yüksək texnologiyaların inkişaf etdirilməsi, müasir ekosistemin vacib elementlərindən olan texnoparkların formalaşdırılması işinə töhfə verir.
Bu məqsədlə yaradılmış AMEA Yüksək Texnologiyalar Parkında (YT Park) Azərbaycanın yüksək texnologiyalar sahəsində inkişafı və beynəlxalq aləmə inteqrasiyasının sürətləndirilməsi, eləcə də qeyri-neft sektorları üzrə ideya və biliklərin dəstəklənməsi məqsədilə əhəmiyyətli layihələr icra olunur.
Müəssisə müasir elmi və texnoloji nailiyyətlərə əsaslanan innovasiya yönümlü yeni texnologiyaların hazırlanması və təkmilləşdirilməsi istiqamətində fəaliyyətini uğurla davam etdirir. Hazırda YT Parkda yüksək texnologiyalar əsasında rəqabətqabiliyyətli elmtutumlu istehsalın inkişafı, elmi-tədqiqat işlərinin istehsalata transfer edilməsi, dünya standartlarına tam cavab verən məhsulların hazırlanması və innovativ investisiyalar üçün əlverişli şərait formalaşdırılır. Burada tətbiq olunan avadanlıqlar, istehsal olunan məhsullar beynəlxalq standartlara cavab verir.
Həmçinin elmi-tədqiqat işlərinə investisiyaların cəlb olunması, bu istiqamətdə sərmayə yatıran özəl sektora müəyyən güzəştlərin edilməsi və əlverişli mühitin yaradılması Texnoparkın əsas strateji hədəflərindəndir.
Əminik ki, Azərbaycan elminin flaqmanı olan AMEA əldə edilən yeni nailiyyətləri, fundamental elmi uğurları ilə dünyanın nüfuzlu elm ocaqları sırasında öz yerini qoruyub saxlayacaq.
Tehsil-press.az