BP öz “Azəri-Çıraq-Günəşli”, “Bakı-Tbilisi-Ceyhan”, “Şahdəniz” və “Cənubi Qafqaz Boru Kəməri” layihələrindəki tərəfdaşları - “SOCAR”, “TPAO”, “LUKOIL”, “NICO”, “MOL”, “Equinor”, “SGC”, “INPEX”, “ExxonMobil”, “ITOCHU”, “TotalEnergies”, “Eni”, “ONGCVidesh” – adından Gəncə məktəblərində ingilis dili tədrisi keyfiyyətinin artırılmasına dəstək məqsədli təhsil proqramının uğurla tamamlandığını elan edib.
Layihə Elm və Təhsil Nazirliyi ilə əməkdaşlıq çərçivəsində həyata keçirilib. BP və tərəfdaşlarının təhsilin inkişafını dəstəkləmək və ölkənin təhsil müəssisələrinin ümumi potensialını artırmaq öhdəliyinin bir hissəsidir.
Proqram xüsusi olaraq təxminən 120 məktəb müəlliminin öz ingilis dili biliklərini artırmasına və tədris metodologiyalarını təkmilləşdirməsinə yardım etmək üçün nəzərdə tutulub. Bu məqsədlə ingilis dilinin xarici dil (EFL) kimi tədrisinin ən müasir və kommunikativ formalarına əsaslanan geniş təlimlər keçirilib. Buna müvafiq olaraq, proqramın kurikulumu tədris metodologiyasının bütün aspektlərini əhatə etməklə ümumi ingilis dilindən, yəni ingilis dilində şifahi və yazılı ünsiyyət və metodologiya təlimindən ibarət olub.
Layihənin bütün iştirakçıları Elm və Təhsil Nazirliyinin Gəncə–Daşkəsən Regional Təhsil İdarəsi tərəfindən seçilib. Təlim qrafiki də bu idarə tərəfindən təklif edilib və beş həftə ərzində gündə altı akademik saatdan ibarət olub. Dərslər hər birində 12 müəllim olmaqla 10 qrupda keçirilib.
Seçilmiş müəllimlərin proqram çərçivəsində irəliləyişini qiymətləndirmək üçün onlar proqramın əvvəlində dil səviyyəsi testi, proqramı bitirdikdən sonra isə Aptis testləri veriblər.
BP-nin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli deyib: “Bu mühüm proqramın əsas məqsədlərindən biri iştirakçıların öz ingilis dili biliklərini əhəmiyyətli dərəcədə təkmilləşdirmələrinə və layihə nəticəsində ən azı bir CEFR səviyyəsi artırmalarına imkan yaratmaq idi. Nəticələr bizi çox sevindirir - bütün dərslərdə iştirak edən müəllimlərin təxminən 70 faizi ingilis dili biliklərində əla irəliləyiş nümayiş etdirərək Aptis testlərindən uğurla keçib. İnanırıq ki, bu, Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin məktəblərində güclü ingilis dili tədrisi potensialının yaradılmasına əhəmiyyətli dərəcədə kömək edəcək”.
Layihənin ümumi dəyəri təxminən 261 min manatdır (154 min ABŞ dolları).
Tehsil-press.az