Azərbaycan Universitetinin tədrisi ingilis dilində aparılan ixtisaslarına qəbul olan tələbələrin nəzərinə

Azərbaycan Universitetinin tədrisi ingilis dilində aparılan ixtisaslarına qəbul olan tələbələrin nəzərinə Azərbaycan Universitetinin tədrisi ingilis dilində aparılan ixtisaslarına qəbul olan tələbələrin ingilis dili üzrə yerləşdirmə testi keçiriləcək.
Tədrisi ingilis dilində aparılan ixtisaslara (mühasibat uçotu və audit, maliyyə, iqtisadiyyat menecment, marketinq, biznesin idarə edilməsi) qəbul olan tələbələr üçün Yerləşdirmə Testi (Placement Test) sentyabrın 4-də keçiriləcək. Qeydiyyatdan keçərək qəbulu rəsmiləşdirən bütün tələbələr Xarici dillər kafedrası tərəfindən hazırlanmış test üzrə imtahan verməlidirlər.
Yerləşdirmə testi tələbənin bakalavriat pilləsində qəbul olduğu ixtisas üzrə ingilis dilində təhsil alması üçün vacib olan dil bacarıqlarını müəyyənləşdirmək və tələbəni dil səviyyəsinə uyğun qruplarda yerləşdirmək məqsədilə təşkil edilir. Bu prosesdə tələbənin qəbul imtahanlarında topladığı bal əhəmiyyət kəsb etmir.
Yerləşdirmə testində olan sualların sayı 100-dür. İmtahanda tələbənin ingilis dilinin qrammatikası, söz ehtiyatı bilikləri, o cümlədən dil strukturları və zamanlardan düzgün istifadə bacarıqları qiymətləndirilir. 91 və yuxarı nəticə göstərən tələbələr hazırlıq proqramından azad edilir və qəbul olduqları ixtisas üzrə tədris proqramına qoşulurlar.
Qeyd edək ki, Azərbaycan Universitetində tədrisi ingilis dilində aparılan ixtisaslarda tələbələrin ingilis dili hazırlığı üçün əlavə 1 tədris ili ayrılmaqla tədris müddəti 5 ildir. Tədrisi ingilis dilində aparılan ixtisaslara qəbul olan və ingilis dili biliyini beynəlxalq səviyyəli IELTS (6.0 və yuxarı), TOEFL (75 və yuxarı), PTE (50 və yuxarı) kimi dil sertifikatları ilə təsdiq edən, yaxud daxili yerləşdirmə testindən uğurla keçən (Placement Test) tələbələr birbaşa I kursa başlayırlar.

Mətbuat Xidməti

Oxşar xəbərlər