Pedaqoji Universitetdə təlim: İngilis dilinin tədrisində mükəmməllik

Pedaqoji Universitetdə təlim: İngilis dilinin tədrisində mükəmməllik Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Şimali Karolina Dövlət Universitetinin (ŞKDU) nümayəndələri tərəfindən azərbaycanlı orta məktəb ingilis dili müəllimləri üçün “İngilis dilinin tədrisində mükəmməllik” mövzusunda təlim keçirilib.
Tədbirin məqsədi tələbələrin yüksək nəticələr əldə etməsinə kömək göstərmək üçün azərbaycanlı müəllimlərin tədrisin ən müasir və ünsiyyət əsaslı metodlarından istifadələrini təmin etməkdir.
Təlimin açılışında çıxış edən rektor Cəfər Cəfərov ingilis dilinin tədrisi ilə bağlı həyata keçirilən layihələrin vacibliyini vurğulayıb.
Təlimdə ŞKDU-nun Xarici dillər və ədəbiyyat fakültəsini müəllimi Jillian Heseler “Birbaşa qarşılıqlı əlaqə və əməkdaşlıq vasitəsilə aktiv öyrənmə”, universitetin Proqram direktorunun köməkçisi Olqa Uzun “Nəzəriyyə və praktikada tənqidi düşüncə”, TESOL sertifikatı təlimçisi və Qlobal Təlim İnstitutunun akademik direktoru Paula Vilder “Bacarıqların inkişafını təşviq etmək üçün effektiv dil qiymətləndirilməsi” mövzusunda təqdimatla çıxış ediblər.
Tədbirdə ŞKDU-nun Qlobal Təlim Təşəbbüsü Proqramının mütəxəssisi Amanda Baker, ABŞ-ın ölkəmizdəki səfirliyinin Mədəniyyət və təhsil işləri üzrə müşaviri Riçard Pinkham və başqaları iştirak ediblər.

Tehsil-press.az


Oxşar xəbərlər