Ən çox bu yuxuları görürük

Ən çox bu yuxuları görürük Britaniyada fəaliyyət göstərən “Brilliant British”​ şirkətindən bir qrup quqlda aparılan axtarışlardan məlumat toplayıb və hansı yuxuların hansı ölkədə daha çox axtarıldığını müəyyən edib.
En çox axtarılan yuxuların ilanlarla bağlı olduğu məlum olub.
“Yuxuda ilan görmək” ifadəsi bir ay ərzində Braziliyada 352 min, Türkiyədə isə 214 min dəfə axtarılır. Türkiyə və Braziliya ilə yanaşı, Əfqanıstan, Qazaxıstan, İran, İsrail, Rusiya, Ukrayna, Finlandiya, Portuqaliya və Oman da bu siyahıda yer alır.
Dünyada ilanlardan sonra ən çox görülən yuxular “dişlərin tökülməsi” olub.
Araşdırmalara görə, quqlda “yuxuda dişlərin tökülməsi” kimi ifadələr ən çox Qərbi Avropada, o cümlədən, Böyük Britaniya, Birləşmiş Ərəb Əmirlikləri və Şimali Amerikada axtarılır.
Məsələn, ABŞ-da bu mövzuda ayda 81 min axtarış edildiyi bildirilir. Amerikalıların tez-tez araşdırdıqları digər yuxulara “tətilə getmək” və ya “hörümçək” kimi təhlükəli heyvanlarla rastlaşmaq daxildir.
Bundan əlavə, Səudiyyə Ərəbistanı, İraq və Bəhreyndə “evlilik”, Küveyt, Livan və Danimarkada isə “hamiləlik” ən çox görülən yuxular olub.

Tehsil-press.az




Oxşar xəbərlər