Bakı Xoreoqrafiya Akademiyasında Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş tədbir keçirilib

Bakı Xoreoqrafiya Akademiyasında Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş tədbir keçirilib Bakı Xoreoqrafiya Akademiyasının (BXA) Musiqi sənəti kafedrasının təşkilatçılığı ilə Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə konsert keçirilib.
Konsertdə xalq çalğı alətləri ifaçılığı ixtisasının tələbələri - kamançada Nihad Məmmədov, tarda Fuad Süleymanov, qarmonda Novruz Quliyev, nağarada Nizami Mehdizadə və musiqi müəllimliyi ixtisasının tələbəsi Ləman Mustafazadənin müşayiəti ilə Fikrət Əmirovun “Min bir gecə” baletindən fraqmentlər, Musiqi sənəti kafedrasının müdiri sənətşünaslıq üzrə fəlsəfə doktoru Əhsən Əhmədovun ifasında “Şur” təsnifi, Əməkdar artist Fəzilə Rəhimovanın müşayiəti ilə xalq mahnısı “Sarı gəlin” təqdim edilib.
Konsertdə, həmçinin “Prelüd skertso”, “Qaytağı”, “Fantaziya”, “Karmen” operasından süita, “Musiqi mozaikası”, “Chau Paris” və digər musiqi əsərləri təqdim olunub.
Sonda çıxış edənlər BXA-nın kollektivini Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.

Tehsil-press.az

Oxşar xəbərlər