Qarabağla bağlı bunlar ilk dəfə baş verdi – Video

Qarabağla bağlı bunlar ilk dəfə baş verdi – Video İlk dəfədir ki, Azərbaycan rəsmilərinin Qarabağ iqtisadi zonasının rus sülhməramlıların məsuliyyət daşıdığı hissəsinə torpağın yiyəsi kimi daxil olması baş verdi;
İlk dəfədir ki, rus sülhməramlılar torpağın yiyələrini gördülər və onların bir çoxunda mövcud olmayan təsəvvürlər formalaşdı;
İlk dəfədir ki, Azərbaycan jurnalistləri (xüsusilə İTV əməkdaşı) vətəndaşlığını peşə hüququ ilə birləşdirərək, rus sülhməramlılara dərs keçdi;
İlk dəfədir ki, rus sülhməramlılar azərbaycanlı jurnalistlə üz-üzə gəldi, toqquşdu və qarşısında öz hüquqlarını tələb edən media işçisini gördü: qarşısını aldı, buraxmadı, ancaq jurnalistlərimiz az sonra Xocalıdan reportaj yaydılar;
İlk dəfədir ki, erməni mediası rus sülhməramlıların olduğu ərazidən xəbərləri Azərbaycan mediasına istinadla yaydı;
İlk dəfədir ki, məhz bu informasiyalar fonunda erməni mediası gözlədiyini müşahidə etdi – Qarabağdan xəbəri torpağın sahiblərindən almaq lazım olduğunu gördü.
Rus sülhməramlı əsgərlərin əksəri hara gəldiklərini, missiyalarının nə olduğunu belə bilmir. Bu ilk qarşılaşma-toqquşmadan sonra harda olduqlarını anlayacaqlar yəqin!
Növbəti səfərlərdə jurnalistlərimiz bunu tələb etməlidir: Azərbaycan ərazisində çəkiliş aparıram, qarşımı kəsmək yox, təhlükəsizliyimi təmin etmək lazımdır. Rus sülhməramlıları orda təhlükəsizliyi təmin etmək üçündür, azərbaycanlıları öz torpaqlarına buraxmamaq üçün yox! Əgər bunu bacarırsınızsa, yanımda məni müşayiət edin, bacarmırsınızsa, “Yaşma” məni qoruya bilər!
İlk presedent yarandı – bunun ardınca rus sülhməramlıların məsuliyyət zonasının informasiya məkanımıza inteqrasiyası başlamalıdır.
Zatən jurnalistlərimiz bunu yaxşı bacara biləcəklərini artıq göstərdilər.



Tehsil-press.az



Oxşar xəbərlər