Bakıda Milli Gimnastika Arenasında istənilən səviyyəli yarışları keçirmək olar.
Bunu Tehsil-press.az-a Beynəlxalq Gimnastika Federasiyası (FIG) Şurasının üzrə Stoyan Stoyanov deyib.
O qeyd edib ki, Bakıda artıq ikinci dəfədir batut gimnastikası üzrə Dünya Kuboku kimi səviyyəli yarış keçirilir:
"Çox maraqlı yarışlar olduğunu və yüksək səviyyədə keçirildiyini düşünürəm. Azarkeşlər nəinki öz idmançılarını, əcnəbi gimnastları da dəstəkləyirlər. Hər şey çox yaxşı təşkil olunmuşdu. Əminəm ki, gələn il Bakıda Avropa çempionatı da çox gözəl təşkil olunacaq".
S.Stoyanovun sözlərinə görə, Bakıda möhtəşəm gimnastika arenası var, burada istənilən səviyyəli yarışları keçirmək olar:
"Milli Gimnastika Arenasının zalı dünyada ən yaxşılardan biridir. İlk dəfədir ki, Dünya Kuboku belə maraqlı formatda keçirilir. Bu, tamaşaçıları cəlb etmək baxımından da çox yaxşı haldır, belə ki, onların Bakıda ən güclü idmançıların çıxışlarını canlı izləmək imkanı var".O əlavə edib ki, Azərbaycanda batut gimnastikası yüksək templərlə inkişaf edir:
"Sizin yaxşı məşqçiləriniz var, çox sürətlə güclü məktəb formalaşır. Düşünürəm ki, artıq bir neçə ildən sonra Azərbaycan batutunun uğurları davamlı olacaq. Azərbaycan dövləti ölkədə idmanın inkişafına böyük dəstək verir".
Qeyd edək ki, fevralın 18-19-da Bakıda Milli Gimnastika Arenasında 15 ölkədən 85 gimnastın iştirakı ilə batut gimnastikası və tamblinq üzrə Dünya Kuboku keçirilib.
Azərbaycan gimnastları yarışları 3 medalla başa vurublar. Mixail Malkin tamblinq cığırında, Svetlana Makştarova və Veronika Zemlyanaya batut üzrə sinxron çıxışlarda, İlya Qrişunin isə batut üzrə fərdi proqramda gümüş medal qazanıblar.
Tehsil-press.az