Misirdə nadir mumiya portretləri tapılıb

Misirdə nadir mumiya portretləri tapılıb Arxeoloqlar Misirin Fayum bölgəsində nadir mumiya portretləri tapıblar.
Bu barədə Misirin Turizm və Qədim Abidələr Nazirliyi məlumat yayıb.
Nazirliyin məlumatında qeyd olunub ki, portretlər Ptolemey və Roma dövrünə aid olan Qerza arxeoloji məkanındakı qəbiristanlığın bir hissəsi olan katakomba üslubunda böyük yeraltı dəfn binasında tabutların üzərində tapılıb.
Mumiya portretləri ölülərin detallı rəsmləridir. “Antik-origins.net” saytındakı məqalədə bununla bağlı bildirilib ki, taxta üzərində çəkilən bu rəsmlər Misirin Yunan-Roma dövrünə - təxminən eramızdan əvvəl 1-ci əsrə aiddir.
Qeyd edək ki, Misirdə ilk mumiya portretləri 115 il əvvəl ingilis arxeoloqu Flinders Petrie tərəfindən tapılıb.

Tehsil-press.az


Oxşar xəbərlər