Balidə qızıl suyuna salınmış 43 şüşə muncuq dənəsi aşkarlanıb. Şüşə və hazırlanma texnikasına əsasən, onlar eramızdan əvvəl IV-I əsrlərdə Roma dövründə Misirdə düzəldilib. Bu cür muncuqlar az miqdarda daha əvvəl Cənubi Hindistanda, Malay yarımadasında tapılıb. Onlar şəffaf, ya da açıq sarı şüşədən ikiqat hazırlanıb və qatların arasına nazik qızıl təbəqəsi yerləşdirilib. Bu cür muncuqlar eramızdan əvvəl IV əsrdə Misirdə düzəldilməyə başlanılıb və sonra həmin texnologiya geniş yayılıb.
Balidə muncuqlar qismən tədqiq olunan Panqkunq Paruk abidəsində aşkar edilib. Görünür ki, bu, nekropoldur – arxeoloqlar və torpağın sahibi dörd daş sarkofaq aşkar ediblər. Onların içində çoxlu sayda əşyalar var. Cənubi-Şərqi Asiyada bu cür muncuq hələ tapılmayıb. Qızılla işlənmiş muncuqla yanaşı, iki cüt qızıl sırğa, iki Çin bürünc güzgüsü tapılıb. Sırğaların analizi göstərir ki, onların hazırlandığı metal Mərkəzi Vyetnam və Laos qızılına oxşayır. Güzgü isə Çində Xan dövründə hazırlanmış oxşar materialdandır. Tədqiqatın nəticələri “Antiquity” jurnalında dərc edilib.
Tapıntılar Balinin geniş ticarət əlaqələrindən xəbər verir. Roma bəzəkləri adaya görünür ki, ya Hindistan və Malay yarımadası, ya da Hindistandan dəniz vasitəsilə gəlib çıxıb. Bali muncuqları Qədim Romanın uzaq əlaqələrindən xəbər verən yeganə sübut deyil. Daha əvvəl Yaponiyada Roma sikkələri və boşqabı tapılması, habelə romalıların Çin təbabəti haqqında məlumatlı olması barədə xəbər verilib.
Tehsil-press.az