Misirin Ali Təhsil və Elmi Tədqiqatlar Nazirliyi ölkə gənclərinin Azərbaycanın ADA Universitetində təhsili ilə bağlı məlumat yayıb

Misirin Ali Təhsil və Elmi Tədqiqatlar Nazirliyi ölkə gənclərinin Azərbaycanın ADA Universitetində təhsili ilə bağlı məlumat yayıb Misirin Ali Təhsil və Elmi Tədqiqatlar Nazirliyinin beynəlxalq əlaqələr departamenti misirli gənclərin Azərbaycanın ADA Universitetində təhsil almaları üçün təqaüd proqramı ilə bağlı elan verib.
Misirin kütləvi informasiya vasitələrində yayılan məlumatda ADA Universitetinin misirli tələbələr üçün magistr və bakalavr pillələri üzrə təqaüd proqramı elan etdiyi bildirilir. Nazirlik qeyd edib ki, Misirin Azərbaycandakı səfirliyi tələbələrin təhsil və yaşayış xərclərini universitetin ödəyəcəyini bildirib.
ADA Universitetində təhsil almaq istəyən misirli tələbələrin aprelin 2-dək nazirliyin elektron ünvanına müraciət etmələri məsləhət görülüb.

Tehsil-press.az


Oxşar xəbərlər