Avropa Parlamentinin vitse-prezidentini Belçika polisi həbs edib

Avropa Parlamentinin vitse-prezidentini Belçika polisi həbs edib Belçika polisi cümə günü, dekabrın 9-da Avropa Parlamentinin vitse-prezidenti vəzifəsini tutan yunan deputat Eva Kailini Brüsseldə saxlayıb.
Saxlanma hal-hazırda dünya çempionatına ev sahibliyi edən Qətər tərəfindən mümkün korrupsiya ilə bağlı araşdırma çərçivəsində baş tutub. Ümumilikdə Brüsseldə bu iş üzrə 5 nəfər saxlanılıb.
Kalinin üzvü olduğu Yunanıstan Sosialist Partiyası PASOK cümə günü onun ölkədən çıxarıldığını açıqlayıb. Kaili hüquq müdafiəçilərinin Asiya və Afrikadan olan əmək miqrantlarının hüquqlarının çoxsaylı pozuntularını qeyd etdiyi Qətərdə əmək bazarındakı vəziyyəti izləmək üçün Avropa Parlamentinin nümayəndələrindən biri idi.
Avropa Parlamenti Qətərdən islahatlar tələb edib ki, bu da vəziyyətin yaxşılaşmasına səbəb olmalı idi. Çempionatın başlamasına az qalmış Kaili Qətərin əmək naziri Əli bin Samih Əl-Marri ilə görüşüb və noyabrın 22-də Avropa Parlamentində çıxış edərək, Qətərdə əmək bazarı islahatlarını müsbət qiymətləndirərək, deyib ki, bu, "ərəb dünyasını ruhlandırır".
Eva Kaili ilə yanaşı, onun Avropa Parlamentində işləyən, həmçinin italiyalı siyasətçi, həmkarlar ittifaqı assosiasiyasının nümayəndəsi və QHT əməkdaşı saxlanılıb. Polis axtarış zamanı kompüter, cib telefonu və 600 min avronu ələ keçirib.

Tehsil-press.az


Oxşar xəbərlər