Azərbaycanla Aİ arasında münasibətlərin perspektivləri müzakirə olunacaq

Azərbaycanla Aİ arasında münasibətlərin perspektivləri müzakirə olunacaq Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədri, Milli Məclisin deputatı Cavanşir Feyziyev oktyabrın 24-dən 26-dək Strasburqda səfərdə olacaq.
Səfər çərçivəsində C.Feyziyev Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin qarşı tərəfdən olan həmsədri Səyyad Kərim, Avropa Parlamentinin Azərbaycan üzrə daimi məruzəçisi Norika Nikolaye və Avropa Parlamentində Azərbaycanın Dostları Klubunun üzvləri ilə bir sıra görüşlər keçirəcək.
Görüşlərdə qarşılıqlı münasibətlərin cari vəziyyəti və perspektivləri barədə müzakirələr aparılacaq.

Tehsil-press.az

Oxşar xəbərlər