İsveç Ukrayna ordusuna yardımı artırır

İsveç Ukrayna ordusuna yardımı artırır İsveçin Ukrayna üçün ayırdığı növbəti hərbi yardım paketi əvvəlkindən 50 faiz çoxdur.
Bunu İsveçin müdafiə naziri Pol Conson Ukraynaya səfəri zamanı Odessada keçirdiyi mətbuat konfransında bəyan edib.
“Bir neçə həftə əvvəl hökumət Ukraynaya doqquzuncu dəstək paketini müəyyən etdi. Bu, səkkizinci ilə müqayisədə 50 faiz çoxdur. Bu paketdə hava hücumundan müdafiə sistemini, həmçinin digər hava hücumundan müdafiə növü üçün sursatları təqdim edirik. Əlbəttə ki, qışa hazırlıqla bağlı paket də var", - deyə İsveçin müdafiə naziri bildirib.
Pol Conson 2023-cü il yanvarın 1-dən İsveçin Avropa İttifaqında sədrliyə başlayacağını xatırladıb və vəd edib ki, Ukraynanın maraqlarının müdafiəsi Stokholm üçün vacib vəzifə olacaq.
Noyabrın ortalarında İsveç parlamenti hökumətin bu il Ukraynaya 3,0078 milyard kron (284 milyon dollardan çox) dəyərində hərbi texnika bağışlamaq təklifini dəstəkləyib.

Tehsil-press.az

Oxşar xəbərlər