Bakı Slavyan Universitetində (BSU) Əməkdar elm xadimi, görkəmli dilçi alim, professor Həsən Mirzəyevin 95 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və Vətənimizin azadlığı, ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş bütün şəhidlərimizin əziz xatirəsi dərin ehtiramla bir dəqiqəlik sükutla yad edilib.
BSU-nun rektoru Anar Nağıyev tədbirdə görkəmli alimin ailə üzvlərinin də iştirakını vurğulayıb. O, Azərbaycan filologiya elmində, dilçiliyində iz qoymuş professor Həsən Mirzəyevin öz geniş elmi və pedaqoji yaradıcılığı ilə bir məktəb yaratdığını deyib, Azərbaycanın ictimai-siyasi həyatında özünəməxsus yeri olan Həsən Mirzəyevin “91-lər” hərəkatının üzvü olaraq Ulu Öndərin siyasətinin icrasında dayanmadan çalışdığını bildirib. Rektor onun uzun illər Milli Məclisin deputatı olaraq fəaliyyətinə diqqət çəkib. Görkəmli alimin geniş spektrli, hərtərəfli fəaliyyətinin fövqündə isə müəllimlik fəaliyyətinin durduğunu bildirib. Anar Nağıyev professor Həsən Mirzəyevin tələbələrinin bu gün də onun elmi irsini araşdırdıqlarını, görkəmli alimdən bəhrələndiklərini qeyd edib.
Tədbirdə “Dilçilik elmi professor Həsən Mirzəyevin yaradıcılığında”, “Professor Həsən Mirzəyevin elmi və ictimai-siyasi baxışlarında azərbaycançılıq konsepti” mövzularında məruzələr dinlənilib.
Çıxış edənlər professor Həsən Mirzəyevin folklorşünas, dilçi alim kimi fəaliyyətindən danışıblar.
Mərhum alimin qardaşı Musa Mirzəyev tədbirin təşkilinə görə ailə üzvləri adından BSU rəhbərliyinə təşəkkür edib. Görkəmli alimin irsinin hər zaman tədqiq olunacağına əminlik ifadə edib.
Sonda Həsən Mirzəyevə həsr edilmiş videoçarx nümayiş olunub.
Tehsil-press.az