Azərbaycan Dövlət Pedaqoji Universitetində Əməkdar Elm Xadimi, filologiya elmləri doktoru, professor Həsən Mirzəyevin anadan olmasının 90 illiyi qeyd edilib.
Tədbirdə iştirak edən Milli Məclisin deputatları, tanınmış elm və mədəniyyət xadimləri, eləcə də alimin yetirmələri əvvəlcə universitetin foyesində Həsən Mirzəyevə həsr edilmiş sərgiyə baxıblar.
Pedaqoji Universitetin rektoru Cəfər Cəfərov çıxış edərək 87 illik ömrünün 65 ilini elmi-pedaqoji fəaliyyətə və yaradıcılığa həsr etmiş fədakar alimin həyat yolundan söhbət açıb.
Bildirilib ki, Həsən Mirzəyev 1927-ci il noyabrın 26-da Dərələyəz mahalının Qovuşuq kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra 1948–1950-ci illərdə Naxçıvan Dövlət Müəllimlər İnstitutunda, 1951–1955-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunda ali təhsil alıb. Əmək fəaliyyətinə 1950-ci ildə doğma kəndində orta məktəb müəllimi kimi başlayan Həsən Mirzəyev 1955-ci ildə ali təhsilini başa vurduqdan sonra rayon xalq maarif şöbəsinin inspektoru və Qovuşuq kənd orta məktəbinin müəllimi, daha sonra məktəb direktoru işləyib. 1962-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunda Azərbaycan dilçiliyi ixtisası üzrə aspiranturanı bitirib və ömrünün sonunadək həmin institutda çalışıb, burada müəllim, baş müəllim, dosent, professor, kafedra müdiri və dekan işləyib. 1965-ci ildə namizədlik, 1988-ci ildə doktorluq dissertasiyalarını müdafiə edib və 1990-cı ildə professor elmi adını alıb.
Rektor deyib ki, alimin xüsusən Qərbi Azərbaycanın yer adları ilə bağlı araşdırmaları milli tarixin öyrənilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Onun, həmçinin folklorşünaslıq sahəsində fəaliyyəti də təqdirəlayiqdir. Həsən Mirzəyevin 200-dən çox elmi əsəri, o cümlədən 25 kitabı və 10-a yaxın dərs vəsaiti işıq üzü görüb, 14 cildlik külliyyatı buraxılıb. Rəhbərlik etdiyi “Müasir Azərbaycan dili” kafedrasında 21 il müddətində səkkiz nəfər filologiya elmləri doktoru yetişib. O, eyni zamanda, bədii yaradıcılıqla da məşğul olub. Çoxillik elmi-pedaqoji və ictimai-siyasi fəaliyyəti layiqincə qiymətləndirilən Həsən Mirzəyev müstəqil Azərbaycan Respublikasının ali mükafatlarından olan “Şöhrət” ordeninə layiq görülüb.
Tədbirin aparıcısı Azərbaycan Dövlət Pedaqoji Universitetinin professoru Buludxan Xəlilov Azərbaycan filologiya elminin inkişafında xüsusi xidmətləri olan Həsən Mirzəyevin dilçiliyin müxtəlif problemlərinə dair bir sıra sanballı tədqiqatlar ilə tanındığını diqqətə çatdırıb.
Sonra görkəmli alimin həyat və yaradıcılığından bəhs edən videoçarx nümayiş olunub.
Tədbirdə çıxış edən Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov deyib: “Bu gün müəllimlər müəllimi, xeyirxah insan, böyük alim Həsən Mirzəyevin xatirəsinin işığına yığışmışıq. O, adını Azərbaycanın elm tarixinə böyük hərflərlə yazdırmış alimlərdəndir. 1990-cı illərin əvvəllərində respublikada cərəyan edən ictimai-siyasi proseslər zamanı Həsən Mirzəyev fəal vətəndaşlıq mövqeyi tutub, milli mənafelərə daim sadiq qalıb. Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü kimi respublikanın ictimai-siyasi həyatında yaxından iştirak edən alim 1998-ci və 2000-ci illərdə iki çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilib. Bütün bu dövr ərzində öhdəsinə düşən hər bir işə dərin məsuliyyətlə yanaşaraq, fəaliyyət göstərdiyi sahələrdə yüksək peşəkarlıq nümayiş etdirib. Düzlüyü, prinsipiallığı, dönməzliyi ömür kredosuna çevirən H.Mirzəyevin işıqlı xatirəsi heç vaxt yaddaşlardan silinməyəcək”.
Həsən Mirzəyevin dəyərli bir nəslin nümayəndəsi olduğunu vurğulayan Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Milli Məclisin elm və təhsil komitəsinin sədri, akademik İsa Həbibbəyli qeyd edib ki, Mirzəyevlərin Dərələyəzdə xüsusi hörməti olub. Həsən müəllimin Dərələyəz folkloru ilə bağlı gördüyü işlərin miqyası heyrətamizdir: Dərələyəz əhalisinin qan yaddaşını təşkil edən 767 səhifəlik "Dərələyəz folkloru" adlı kitab bu fikri təsdiqləyə bilər.
“Həsən Mirzəyev ümummilli lider Heydər Əliyevin ən yaxın silahdaşlarından biri idi. Ən çətin məqamlarda düzgün mövqe nümayiş etdirir, əsl vətənpərvər kimi müstəqil Azərbaycanımızın inkişafına töhfə verirdi. Ulu Öndərə sonsuz sevgisinin nəticəsidir ki, H.Mirzəyev 14 cildlik kitabının dördünü Heydər Əliyevin əziz xatirəsinə ithaf edib”, – deyə İsa Həbibbəyli vurğulayıb.
Tədbirdə Milli Məclisin deputatları Şəmsəddin Hacıyev, Aydın Mirzəzadə, Nizami Cəfərov və Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdulla çıxış edərək Həsən Mirzəyevlə bağlı xatirələrini bölüşüb, onun səmimiliyi, sadəliyi, istiqanlılığı ilə hamının, eləcə də tələbələrinin dərin məhəbbətini qazandığını bildiriblər.
Qeyd edilib ki, Azərbaycan filologiyasının inkişafında böyük xidmətləri olan professor Həsən Mirzəyev mövzu seçərkən həmişə mübahisəli, tədqiq olunmamış, dilçilərin və folklorşünasların toxunmadığı məsələləri tədqiqata cəlb edib. O, Azərbaycan dilçiliyində feil bəhsi üzrə məktəb yaradıb, monoqrafiyalar yazıb, 150 ildən bəri türkologiyada mübahisə doğuran bir çox mövzuları araşdırıb və mübahisələrə son qoyub.
Tədbirdə Həsən Mirzəyevin ictimai-siyasi fəaliyyətinin bir sıra məqamları xatırlanıb. Qeyd edilib ki, ötən əsrin 90-cı illərində Heydər Əliyevin Azərbaycanın xilası naminə ikinci dəfə siyasi hakimiyyətə qayıdışına sosial zərurət yaranarkən Ulu Öndərə bununla bağlı müraciət ünvanlayan məşhur “91”lərin ilk cərgəsində Həsən Mirzəyev də olub.
Əməkdar Artist, bədii qiraət ustası Ağalar Bayramov, universitetin tələbələri, eləcə də aşıqlar Həsən Mirzəyevin şeirlərini səsləndiriblər.
Ümummilli lider Heydər Əliyevin Həsən Mirzəyevin elmi yaradıcılığına və ictimai-siyasi fəaliyyətinə hər zaman yüksək qiymət verdiyini söyləyən alimin oğlu Müşfiq Mirzəyev bu ənənəni davam etdirən Prezident İlham Əliyevə minnətdarlığını bildirib, tədbirin təşkilində əməyi olan hər kəsə təşəkkür edib.
Sonda tədbir iştirakçılarına Həsən Mirzəyevin 90 illiyi münasibətilə filologiya üzrə elmlər doktoru Mahirə Hüseynovanın elmi redaktorluğu ilə nəşr olunmuş jurnal təqdim edilib.

ADPU-nun Mətbuat Xidməti