Folklor İnstitutunda “Kamran Əliyev: tanınmış ədəbiyyatşünas, unudulmaz insan” mövzusunda respublika elmi konfransı keçirilib. Tədbir görkəmli ədəbiyyatşünas-alim, AMEA-nın müxbir üzvü, Əməkdar elm xadimi, professor Kamran Əliyevin xatirəsinə həsr edilib.
Tədbirdə institutun direktoru, akademik Muxtar İmanov Kamran Əliyevin yaradıcılıq yolundan danışıb, onun Azərbaycan romantizminin görkəmli tədqiqatçılarından biri olduğunu vurğulayıb. Bildirib ki, alim tədqiqatlarında problemlərə hər hansı bir yazıçının yaradıcılığının, hər hansı bir ədəbi cərəyanın poetik sistemindən çıxış edərək qiymət verməyə çalışıb. Bu, K.Əliyevin yaradıcılığında müşayiət olunan ən vacib və qiymətli cəhətlərdən biridir.
AMEA-nın vitse-prezidenti, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli çıxışında K.Əliyevin romantizm və realizmlə bağlı yazdığı əsərlərə diqqət çəkib, xüsusən Cəlil Məmmədquluzadə irsinin tədqiqinə dair məqalələrini mirzəcəlilşünaslıqda yeni hadisə kimi qiymətləndirib.
Akademik qeyd edib ki, folklor və romantik ədəbiyyat mövzusu K.Əliyevin adı ilə bağlıdır. O, mükəmməl ədəbiyyatşünas və folklorşünas olduğu qədər, həm də mükəmməl dilçi alim idi.
Sonra institutun şöbə müdirlərinin - filologiya elmləri doktoru, professor Cəlal Qasımovun, filologiya üzrə fəlsəfə doktoru, dosent Mətanət Abbasovanın məruzələri dinlənilib.
Konfrans işini dörd bölmədə davam etdirib. Bölmələrdə alimin həyat və yaradıcılıq yolunu əks etdirən 40-dək məruzə dinlənilib.
Tehsil-press.az