Azərbaycan Dillər Universitetində (ADU) Əməkdar elm xadimi, görkəmli dilçi alim Həsən Mirzəyevin 95 illik yubileyinə həsr olunan tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan universitetin Azərbaycan ədəbiyyatı kafedrasının müdiri akademik Muxtar İmanov Həsən Mirzəyevin həyat və yaradıcılığı haqqında məlumat verib.
Daha sonra akademikin həyat yoluna həsr olunan videoçarx nümayiş olunub.
Konfransda çıxış edən universitetin rektoru akademik Kamal Abdulla, professor Adil Əliyev, dosent Fazil Əhmədov, Milli Məclisin deputatı Etibar Əliyev, professor Mahirə Huseynova və Həsən Mirzəyevin qardaşı Musa Mirzəyev alimlə bağlı xatirələrini bölüşüblər. Çıxışlarda professor Həsən Mirzəyevin Azərbaycan filologiya elminin inkişafında özünəməxsus xidmətləri olduğu qeyd edilib. Onun elmi əsərlərinin bu gün də aktual olduğu, xüsusən gənc alimlər üçün əsl mənbə olduğu vurğulanıb.
Tədbirdə “Həsən Mirzəyev və Azərbaycan dilçiliyi”, “Həsən Mirzəyevin dilçilik fəaliyyətində onomologiya məsələləri”, “Həsən Mirzəyevin ədəbiyyatşünaslıq fəaliyyəti” mövzularında məruzələr dinlənilib.
Tehsil-press.az