Ukraynadan Rusiyanın bu tanınmışlarına sanksiya

Ukraynadan Rusiyanın bu tanınmışlarına sanksiya Ukrayna Ali Radası bir sıra Rusiya vətəndaşlarına - keçmiş gimnast Alina Kabayevaya, həmçinin boksçular Aleksandr Povetkin və Nikolay Valuyevə qarşı sanksiyaların tətbiqini təsdiqləyib.
Bu barədə deputat Aleksey Qonçarenko teleqram kanalında yazıb.
“Ali Rada Kabayeva, Povetkin, Valuev və digər rusiyalı idmançılara qarşı sanksiyaların tətbiqini təsdiqləyib”, – Qonçarenko bildirib.
O, həmçinin əlavə edib ki, parlament ukraynalı keçmiş futbolçu Anatoli Timoşuka qarşı sanksiyaları dəstəkləyib və və Ukrayna qanunvericiliyi oxşar sanksiyaların tətbiqi təklifi ilə Avropa İttifaqı, ABŞ, Kanada, Avstraliya, Yaponiya və digər ölkələrin səlahiyyətli orqanlarını məlumatlandırmağı öhdəsinə götürür.

Tehsil-press.az


Oxşar xəbərlər