Tramp superqəhrəman kimi “vacib mesajı” elan etdi - Video

Tramp superqəhrəman kimi “vacib mesajı” elan etdi - Video ABŞ-ın keçmiş prezidenti Donald Tramp cümə axşamı “vacib açıqlama” verəcəyini bildirib.
O, müvafiq qısa videonu çərşənbə günü “Truth Social” sosial şəbəkəsində yerləşdirib.
“Amerikanın super qəhrəmana ehtiyacı var. Sabah vacib bir açıqlama verəcəyəm. Təşəkkür edirəm!”, - deyə Tramp deyib.
Bu sözlərdən sonra videoda Trampın köynəyini sinəsində cırdığı şəkil peyda olur, onun altında “T” hərfi olan qırmızı dar kostyum görünür (Supermenin kostyumundakı S hərfinə bənzəyir). Trampın gözlərindən od şüaları çıxır.



Tehsil-press.az

Oxşar xəbərlər