Tramp noyabrın 15-də vacib açıqlama verəcəyini bildirib

Tramp noyabrın 15-də vacib açıqlama verəcəyini bildirib ABŞ-ın keçmiş prezidenti Donald Tramp noyabrın 15-də vacib açıqlama verəcəyini bildirib.
D.Tramp bu barədə bazar ertəsi Ohayoda tərəfdarlarının mitinqində çıxışı zamanı deyib.
Noyabrın 8-də Respublikaçılar Partiyasının nümayəndələrinin ABŞ Konqresinin hər iki palatasında səs çoxluğu qazana biləcəyi aralıq seçkilər, D.Trampın fikrincə, “ölkəyə üçün xilasedici” seçkilər ola bilər.
"Noyabrın 15-də Florida ştatının Palm Biç şəhərindəki Mar-a-laqoda çox vacib bir açıqlama verəcəyəm", - deyə D.Tramp bildirib.
Xatırladaq ki, daha əvvəl D.Trampın noyabrın 14-ü növbəti prezident seçkilərində iştirak edəcəyi barədə açıqlama verəcəyi gözlənilirdi.

Tehsil-press.az



Oxşar xəbərlər