Zelenski Avropa İttifaqından daha müasir və uzaqvuran silahlar istəyib

Zelenski Avropa İttifaqından daha müasir və uzaqvuran silahlar istəyib Ukrayna Prezidenti Volodimir Zelenski Avropa İttifaqı ölkələrinin liderlərindən ölkəsinə böyük həcmdə müasir və uzaqvuran silahlar tədarükünü istəyib.
Volodimir Zelenski bunu cümə axşamı günü Avropa İttifaqının Brüsseldə keçirilən sammitinin iştirakçılarına video-konfrans vasitəsilə müraciətində deyib.
“Həm hava hücumundan, həm də raketdən müdafiə üçün daha müasir silahlara və daha çox tədarükə ehtiyacımız var. Mən Avropa İttifaqının 27 ölkəsinin hər birindən hava hücumundan müdafiə sistemlərinin təchizatını artırmağı xahiş edirəm. Bu, müasir tanklara və daha uzaq mənzilli artilleriya və raket sistemlərinə aiddir. Ukraynanı müasir tanklarla təchiz edəcək ölkə dövrümüzdə azadlığın ən mühüm müdafiəçilərindən biri kimi xatırlanacaq”, - deyə Ukrayna Prezidenti bildirib.
Volodimir Zelenski, həmçinin qarşıdakı yarım ilin Ukrayna-Rusiya müharibəsində bir çox cəhətdən həlledici olacağını söyləyib.

Tehsil-press.az

Oxşar xəbərlər