ABŞ-ın Texas ştatının məktəb şurası odlu silahla hücumların artması fonunda təhsil işçilərinə iş zamanı odlu silah gəzdirməyə icazə verib.
Təhsil müəssisələrinin bəzi əməkdaşları silahla davranmaq üzrə xüsusi proqram keçəcəklər. "Guardian proqramı məktəblilərə və müəllimlərə hüquq-mühafizə orqanlarının əməkdaşları gələnə qədər özlərini silahlı şəxslərdən qorumağa kömək etmək məqsədi daşıyır", - deyə Keller şəhərinin (Texas ştatı) məktəb şurasının sədri Carlz Randklev bildirib.
Telekanalın məlumatına görə, valideynlərin yeni təşəbbüslə bağlı fikirləri fərqlidir. Bəziləri hesab edir ki, bu qərar onların övladlarının sağlamlığı və həyatı üçün təhlükəni yalnız artıracaq.
Guardian proqramının mayın 24-də Texas ştatının Yuvalda şəhərindəki ibtidai məktəbə edilən silahlı hücuma cavab olduğu bildirilir. Polis hadisə yerinə gələnədək 18 yaşlı yerli sakin Salvador Ramosun açdığı atəş nəticəsində 19-u uşaq olmaqla, 21 nəfər həlak olmuşdu.
Tehsil-press.az