Kilimancaro zirvəsi internetlə dünyaya bağlandı

Kilimancaro zirvəsi internetlə dünyaya bağlandı “5895 metr yüksəklikdəki Kilimancaro zirvəsini dünyaya bağladıq. Bu əlaqə Afrikanın damını, internet vasitəsilə bütün dünyada görünməsini artırmaq üçün qurulub”.
Bunu Tanzaniyanın informasiya və kommunikasiya texnologiyaları naziri Nape Nnauye sosial şəbəkədən yazıb.
Qeyd edək ki, internet xidməti ilk dəfə avqust ayında dəniz səviyyəsindən 3720 metr yüksəklikdə Kilimancaro dağında təqdim edilib.
Dünyanın ən yüksək dağlarından biri olan və hər il minlərlə turistin dırmaşdığı Kilimancaro zirvəsi dəniz səviyyəsindən təxminən 5895 metr hündürlükdədir.

Tehsil-press.az

Oxşar xəbərlər