Yeddi min alim və tələbə üçün nəzərdə tutulan üzən şəhər

Yeddi min alim və tələbə üçün nəzərdə tutulan üzən şəhər “Meriens” gəmisi nəhəng üzən şəhərdir. Uzunluğu 900 metr və eni 500 metr olan futuristik gəmi dünyanın hər yerindən 7 min alim və tələbə üçün nəzərdə tutulub. Burada yaşamaq tamamilə pulsuz olacaq.
Şəhərdə laboratoriyalar, sinif otaqları, mühazirə zalları, yaşayış yerləri, istirahət və idman zalları fəaliyyət göstərəcək. Şəhərin görünən hissəsi suyun üstündən 60 metr hündürlüyə çıxır, aşağı hissəsi isə 120 metr dərinliyə qədər suyun altında qalır.
Mütəxəssislərin fikrincə, bu layihə sualtı kəşfiyyat dünyasında inqilab edəcək, çünki insanlar okeanla daimi təmasda olacaq, eləcə də şəhərin aşağı hissəsi su altında olduğundan sualtı dünyaya birbaşa çıxış əldə edəcəklər. Şəhər xüsusi qurğular, yeraltı cərəyanın gücü və dalğalar hesabına elektrik enerjisinə olan tələbatını müstəqil şəkildə ödəyəcək.
Layihənin 2050-ci ilə qədər tamamlanması planlaşdırılır.

Tehsil-press.az


Oxşar xəbərlər