“Feministlər gənc qızları xoşagəlməz istiqamətlərə yönəltməyə çalışır”

“Feministlər gənc qızları xoşagəlməz istiqamətlərə yönəltməyə çalışır” “Azərbaycanda ailə institutunun zəifləməsinə feministlərin çox ciddi təsiri var və onların fəaliyyətləri getdikcə artmaqdadır”.
Bunu Milli Məclisdə çıxışı zamanı deputat Fəzail Ağamalı bildirib.
O qeyd edib ki, feminist təşkilatlar xaricdən maliyyələşir: “Onlar gənc qızları bu və ya digər yollarla öz təsiri altına salır və xoşagəlməz istiqamətlərə yönəltməyə çalışırlar. Biz qanunverici qurum olaraq bunun qarşısını almaq, belə xoşagəlməz meyllərə imkan verməmək üçün ciddi qanunvericilik aktlarının da qəbul edilməsinə diqqət yetirməliyik”.

Tehsil-press.az


Oxşar xəbərlər