MDB ölkələrində islamşünaslığa dair beynəlxalq forum panellərlə davam edib

MDB ölkələrində islamşünaslığa dair beynəlxalq forum panellərlə davam edib Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) və “İdrak” İctimai Birliyinin birgə keçirdiyi “Müasir çağırışlar kontekstində MDB ölkələrində islamşünaslıq” mövzusunda beynəlxalq forum panellərlə davam edib.
Aİİ Dillər və ictimai fənlər kafedrasının müdiri, dosent İlkin Əlimuradovun moderatorluğu ilə keçirilən paneldə “Kazan tatarları arasında Quran təfsiri və tərcüməsi ənənəsi”, “Quranın rus dilinə müasir sərbəst tərcüməsinin tənqidi təhlili”, “İmam Termezi Beynəlxalq Elmi-Tədqiqat Mərkəzi təşəkkül prosesində” və ”Şərqşünaslıq və müasir islamşünaslıq (tematik təhlil)” mövzularında məruzələr dinlənilib.
Aİİ İlahiyyat fakültəsinin dekanı, dosent Elnurə Əzizovanın moderatorluğu ilə keçirilən paneldə “Gürcüstanda islamşünaslıq”, “Azərbaycanda SSRİ dövründə dinşünaslığın inkişafına mane olan amillər”, “Sovet və postsovet dövrü Özbəkistanında ilahiyyat təhsilinin institusionallaşdırılması: Daşkənd İslam İnstitutunun mədəniyyətlərarası təhsil, vətəndaş şüurunun formalaşdırılması və mənəvi dəyərlərin tərbiyəsinə töhfəsi” və “XX əsrin birinci qərinəsində Azərbaycanın Zaqatala bölgəsində İslam dini düşüncəsinin təmsilçiləri” mövzularında tədqiqatçıların çıxışları dinlənilib.
“Müasir çağırışlar kontekstində MDB ölkələrində islamşünaslıq” mövzusunda beynəlxalq forum dekabrın 21-də işini davam etdirəcək.

Tehsil-press.az

Oxşar xəbərlər