Azərbaycan İlahiyyat İnstitutu Dinşünaslıq kafedrasının müəllimi ilahiyyat üzrə fəlsəfə doktoru, dosent Anar Qafarov Rusiya Federasiyası Tatarıstan Respublikası Kazan Federal Universitetinin təşkilatçılığı ilə keçirilən “Multikultural dünyada İslam” mövzusunda IX Beynəlxalq Forumda iştirak edib.
Dosent Anar Qafarov “The Azerbaijani model of religious freedom” (“Din azadlığının Azərbaycan modeli”) mövzusunda məruzə ilə çıxış edib.
A.Qafarov Azərbaycanda dövlət-din münasibətlərinin Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə tənzimləndiyini, müxtəlif dini qurumların bu qanunlar çərçivəsində fəaliyyət göstərmələri üçün ölkədə tolerant və multikultural mühitin mövcud olduğunu nəzərə çatdırıb. Bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu din siyasətini uğurla davam etdirir.
A.Qafarov daha sonra Azərbaycanda müxtəlif dinlərin nümayəndələrinin birgəyaşayış ənənəsinin dərin kökləri olduğunu vurğulayaraq, belə bir mühitin ölkənin mənəvi həyatının təşəkkül və inkişafında böyük rol oynadığını qeyd edib. Həmçinin Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Qafqaz Müsəlmanları İdarəsi və Azərbaycan İlahiyyat İnstitutunun fəaliyyəti haqqında məlumat verib.
Qeyd edək ki, Kazan Federal Universiteti tərəfindən təşkil olunan “Multikultural dünyada İslam” mövzusunda Beynəlxalq Forum 2011-ci ildən etibarən fəaliyyət göstərir. Forumda İslamşünaslıq sahəsində aparıcı yerli və xarici alimlərin, müsəlman din xadimlərinin İslam tarixi və mədəniyyəti mövzusunda məruzələri dinlənilib.
Tədbirin əsas məqsədi elmi nailiyyətlər haqqında məlumat mübadiləsi aparmaq və bu sahədə çalışan mütəxəssisləri bir araya gətirməkdir.
Forumda Rusiya Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutu, Rusiya Şərqşünaslar Cəmiyyəti, Rusiya Elmi və Mədəni Proqramların Dəstəyi və İnkişafı Fondu, Rusiya Tarix Cəmiyyətinin Kazan Bölməsi, Tatarıstan Elmlər Akademiyası İslam Araşdırmaları Mərkəzi, Rusiya İslam İnstitutu, Rusiya Federasiyası Müsəlmanları Ruhani İdarəsi və Tatarıstan Respublikası Müsəlmanları Ruhani İdarəsinin nümayəndələri və alimləri iştirak ediblər.

Aİİ-nin Mətbuat Xidməti