2022-ci ildə müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqədə iştirak üçün 60 min 2 namizəd müraciət edib, 54 min 804 namizəd müsabiqədə iştirak hüququ qazanıb.7 gün ərzində 15 mərkəzdə təşkil olunmuş imtahanlarda 44 min 363 namizəd iştirak edib.
Cari ildə müəllimlərin işə qəbulu üçün müsabiqə üzrə 13 min 280 vakant yer elan edilib. Namizədlərdən 3902-si müddətsiz əsaslarla, 3086-sı müddətli əsaslarla işə qəbul edilib.
Əlavə yerləşdirmə zamanı isə 1650 namizəd müddətli əsaslarla vakant yerlərə təyin olunub. Tədris ili ərzində əlavə yerləşdirmə davam etdiriləcək.
Tehsil-press.az













