2019-cu təqvim ili ərzində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumtəhsil müəssisələrinə 943 nəfər daimi əsaslarla işə qəbul olunub.
Bunlardan 414-ü müəllimlərin işə qəbulu müsabiqəsinin müddətsiz əmək müqaviləsi ilə işə qəbul mərhələsi, 274-ü vakant yer üzrə müddətli əmək müqaviləsi əsasında çalışan müəllimlərin daimiləşmə prosesi, 255-i isə müddətsiz əmək müqaviləsi ilə işləyən müəllimlərin iş yerinin dəyişməsi prosesi nəticəsində işə qəbul edilib.
Müddətli müqavilə əsasında isə 1662 nəfər işə qəbul olunub. Bunlardan 1099 nəfər müəllimlərin işə qəbulu müsabiqəsinin müddətli əmək müqaviləsi ilə işə qəbul üzrə elektron yerləşdirmə prosesi nəticəsində işlə təmin olunub. Həmçinin pensiya yaşı çatmış 563 müəllimlə müddətli əmək müqaviləsi bağlanılıb.
Tehsil-press.az