Pedaqoji Universitetdə peşəkar inkişafla bağlı görüş

Pedaqoji Universitetdə peşəkar inkişafla bağlı görüş Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tələbə Gənclər Təşkilatı (ADPU TGT) “İnkişaf marafonu 2022” layihəsi çərçivəsində “Shane Academy Azerbaijan” şirkətinin təsisçi direktoru, xaricdə təhsil eksperti Jalə Bəhrəmovanın və “DECTEC” Group idarə heyətinin sədri Sakit Səmədovun tələbələrlə görüşü keçirilib.
Görüşdə spikerlərin “İnkişafın qısa yolu” və “Şəxsi inkişafda dilin rolu” mövzularında çıxışları dinlənilib.
Təqdimatlarda xaricdə təhsil imkanları, peşəkar inkişafa dəstək, ölkə daxilində və xaricdə karyera qurmağın başlıca şərtləri, beynəlxalq dil sertifikatları, fərdi inkişaf, habelə müxtəlif mövzu və sahələrdə motivasiyanın gücləndirilməsi, dil biliklərinin artırılması və digər mövzular barədə məlumat verilib.

Tehsil-press.az


Oxşar xəbərlər