ADPU-da ailə dəyərləri ilə bağlı tələbələrlə fikir mübadiləsi aparılıb

ADPU-da ailə dəyərləri ilə bağlı tələbələrlə fikir mübadiləsi aparılıb Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) “Sağlam ailə sağlam cəmiyyətin, güclü dövlətin özülüdür” mövzusunda görüş keçirilib.
Eyniadlı layihə əsasında keçirilən görüşdə tədris işləri üzrə prorektor dosent Eldar Aslanov, Milli Məclisinin deputatları Elman Nəsirov, Vüqar İskəndərov, Naqif Həmzəyev və Müşfiq Cəfərov, “Xalq qəzeti”nin baş redaktoru Əflatun Amaşov, Əməkdar jurnalist Azər Həsrət, beynəlxalq ekspert Vəli Əlibəyov, “Kimsəsiz Uşaqların Sosial Müdafiəsi” İctimai Birliyinin sədri, layihə rəhbəri Lamiyə İsazadə, QHT nümayəndələri və tələbələr iştirak ediblər.
Tədbirdən əvvəl qonaqlar ADPU-nun rektoru professor Cəfər Cəfərovla görüşüb, universitetdə görülən işlərlə tanış olublar.
Görüşdə layihə çərçivəsində hazırlanan məlumat kitabçası iştirakçılara təqdim olunub və spikerlərin ailə dəyərləri ilə bağlı çıxışları dinlənilib, tələbələrlə fikir mübadiləsi aparılıb.

Tehsil-press.az

Oxşar xəbərlər