Gənclər Fondunun dəstəyi ilə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) tərəfindən Gənclər Gününə həsr olunan tələbə gənclər təşkilatlarının “I strateji planlaşdırma forumu” keçirilib.
Forumun keçirilməsində əsas məqsəd ATGTİ və tələbə gənclər təşkilatlarının uzunmüddətli dayanıqlı inkişaf strategiyasının müəyyən olunmasına, inkişaf üçün düzgün planlanma aparılmasına dəstək olub.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və şəhidlərimizin xatirəsinin yad olunması ilə başlayan tədbir ATGTİ-nin baş katibi Orduxan Qəhrəmanzadənin moderatorluğu ilə davam edib. Gənclər Fondunun icraçı direktorunun müavini Qədir Xəlilov, Milli Məclisin deputatı Şahin İsmayılov və təhsil nazirinin müşaviri Nicat Məmmədlinin iştirakı ilə “Qarşıya qoyulmalı hədəflər və bizlərdən gözləntilər” mövzusunda tələbələrlə panel görüşü keçirilib. Daha sonra ATGTİ-nin sədri Pərviz Mirələmli tələbə gəncləri təbrik edib. Rəsmi hissə mükafatlandırma ilə yekunlaşıb.
2021-ci ildə ölkədə ictimai və sosial əhəmiyyətli, o cümlədən könüllülük fəaliyyətin təşkili və bu fəaliyyətin həyata keçirilməsində fəal iştirakına görə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tələbə Gənclər Təşkilatı (ADPU TGT) “İlin ən yaxşı tələbə gənclər təşkilatı” adına layiq görülüb. Eyni zamanda, ADPU TGT-nin ictimaiyyətlə əlaqələr üzrə sədr müavini Gülnar Xanəliyeva “İlin TGT nümayəndəsi” adı və daha 20 nəfər idarə heyəti üzvü isə fəxri fərmanlarla təltif olunublar.
Artıq üçüncü dəfə bu titula yiyələn ADPU TGT-nin sədri İsmayıl Nəsirov deyib: “Qazanılan bütün bu uğurların təməlində ADPU-da rəhbərlik tərəfindən yaradılan ictimai fəal mühit, təşkilatlararası sağlam rəqabət prinsipləri dayanır”.
Tehsil-press.az