Tələbələr xaricdə təhsil imkanları barədə məlumatlandırılıb

Tələbələr xaricdə təhsil imkanları barədə məlumatlandırılıb Azərbaycan Turizm və Menecment Universitetində Karyera və kommunikasiya şöbəsi tərəfindən “İnkişaf marafonu 2022” layihəsi çərçivəsində təlim keçirilib.
Təlimdə ekspertlər “İnkişafın qısa yolu” və “Şəxsi inkişafda dilin rolu” mövzusunda təqdimatla çıxış ediblər.
Mütəxəssislər xaricdə təhsil imkanları, peşəkar inkişafa dəstək, ölkədə və xaricdə karyera qurmanın başlıca şərtləri, beynəlxalq dil sertifikatları, fərdi inkişaf, o cümlədən müxtəlif mövzu və sahələrdə motivasiyanın gücləndirilməsi, dil biliklərinin artırılması və s. barədə tələbələrə məlumat veriblər.

Tehsil-press.az




Oxşar xəbərlər