Güclü qar - 3 nəfər öldü, 10 nəfər yaralandı

Güclü qar - 3 nəfər öldü, 10 nəfər yaralandı Yaponiyada həftə sonundan ölkənin bəzi bölgələrində, xüsusilə Niiqata əyalətində yağan güclü qar nəticəsində 3 nəfər həyatını itirib, 10 nəfər isə yaralanıb.
Bu haqda Yaponiyanın Yanğın və Fəlakət İdarəetmə Agentliyi məlumat yayıb.
Yaponiya İqtisadiyyat, Ticarət və Sənaye Nazirliyindən verilən açıqlamada, əsasən Niiqatada olan 10 mindən çox evə bu səhər saatlarından etibarən elektrik verilmədiyi bildirilib.
Bəzi market şəbəkələrinə çatdırılmada fasilələr yarandığı üçün rəflərin boş qaldığı müşahidə edilib.
Yaponiya Meteorologiya Agentliyi yeni soyuq hava dalğasının və güclü qarın Yapon dənizinin sahilyanı ərazilərində cümə axşamından bazar gününə kimi təsirli olacağını açıqlayıb.
Səlahiyyətlilər vətəndaşları nəqliyyat xətlərində və tədarük zəncirlərində yarana biləcək fasilələrə hazır olmağa çağırıb.

Tehsil-press.az

Oxşar xəbərlər