Qar uçqunu: 2 uşaq öldü, 11 nəfər xilas edilib

Qar uçqunu: 2 uşaq öldü, 11 nəfər xilas edilib Ötən gecə Qırğızıstanın Oş vilayətinin Jaş-Tilek kəndində bir neçə ev qar uçqununun altında qalıb, 2 uşaq ölüb, 11 nəfər xilas edilib.

Təhsil-press.az bildirir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Məlumatda deyilir ki, son günlər yağan güclü qar dağlıq rayonlarında həyatı iflic edib. Bəzi yerlərdə qarın hündürlüyü iki metrə çatır. Bəzi evlərin damı qarın ağırlığına tab gətirməyərək uçub.
Nazirliyin əməkdaşları hadisənin fəsadlarını aradan qaldırmaq üçün zəruri tədbirlər görürlər.

Təhsil-press.az

Oxşar xəbərlər