Azərbaycan Texniki Universitetində (AzTU) “Erasmus +” proqramı çərçivəsində yerinə yetirilən “Rusiya Federasiyası, Qazaxıstan və Azərbaycanda səhiyyədə strateji keyfiyyət menecmenti, risklərin idarə olunması üzrə açıq və distant təhsil formatında peşə bakalavrı, peşə magistri hazırlığı” (LMQS) layihəsi üzrə məlumatlandırma sessiyası keçirilib.
Tədbirdə Azərbaycan Texniki Universitetinin (AzTU) İqtisadiyyat və statistika kafedrasının müəllimləri, tələbələr, həmçinin müxtəlif səhiyyə müəssisələrinin nümayəndələri iştirak edib.
Məlumatlandırma sessiyasında layihənin məqsəd və vəzifələri, görülən işlər və layihə çərçivəsində yaradılan səhiyyədə keyfiyyətin və risklərin idarə olunması ixtisası, bu istiqamətdə hazırlanan kadrların əmək bazarında rolu barədə məlumat verilib. Qeyd olunub ki, 2022/2023-ci tədris ilindən yeni yaradılan magistr ixtisası üzrə 19 tələbə təhsil alır.
Tehsil-press.az