Azərbaycan Texniki Universitetinin (AzTU) tərəfdaşı olduğu “Erasmus+” KA2 proqramı çərçivəsində həyata keçirilən “Azərbaycanda Rektorlar Konfransının yaradılması” (ECAR) layihəsi üzrə növbəti təlim keçirilib.
Təlimdə AzTU-nu İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı Fəqanə Musayeva və Xarici əlaqələr şöbəsinin layihələr və mübadilə proqramları üzrə baş mütəxəssisi Mətanət Paşayeva təmsil edib.
“Təhsildə dəyişikliyin idarə olunması - transformativ öyrətmə və öyrənmə” mövzusunda təlimə ali təhsildə keyfiyyət təminatı agentliklərinin Mərkəzi və Şərqi Avropa şəbəkəsinin vitse-prezidenti Olgun Çicek rəhbərlik edib.
Təlimdə Mərkəzi Oklahoma Universitetinin rektoru ilə canlı bağlantı yaradılıb və onların bu sahədə təcrübəsinə dair müzakirə aparılıb.
Sonra mövzu sual-cavab formatında davam etdirilib. Təlimdə Təhsil Nazirliyinin və tərəfdaş universitetlərin nümayəndələri iştirak edib.
Tehsil-press.az