Səhiyyədə strateji keyfiyyət menecmenti üzrə mütəxəssis hazırlığına dair görüşlər keçirilir

Səhiyyədə strateji keyfiyyət menecmenti üzrə mütəxəssis hazırlığına dair görüşlər keçirilir Azərbaycan Texniki Universitetinin (AzTU) tərəfdaşı olduğu “Erasmus+ KA2” proqramı əsasında həyata keçirilən “Rusiya Federasiyası, Qazaxıstan və Azərbaycanda səhiyyədə strateji keyfiyyət menecmenti, risklərin idarə olunması üzrə açıq və distant təhsil formatında peşə bakalavrı, peşə magistri hazırlığı” (LMQS) layihəsi çərçivəsində növbəti menecment görüşləri keçirilir.
Görüşdə layihənin beynəlxalq və yerli tərəfdaşları, həmçinin layihə üzrə işçi qrupunun rəhbəri, beynəlxalq əlaqələr üzrə prorektor Sübhan Namazov və digər məsul şəxslər də iştirak edir.
Sübhan Namazov layihənin əhəmiyyətindən və bu istiqamətdə görülən işlərdən danışıb.
Daha sonra Milli Erasmus Ofisinin rəhbəri Pərviz Bağırov Avropa İttifaqının “Erasmus+” proqramının layihələri ilə bağlı son qərarları, həmin qərarların layihəyə təsirləri barədə iştirakçıları məlumatlandırıb.
Aprelin 15-dək davam edəcək menecment görüşləri zamanı layihənin icra vəziyyəti, qarşıda duran cari məsələlər və çətinliklər, eləcə də gələcəkdə icra olunacaq tapşırıqlar müzakirə olunacaq.

Tehsil-press.az


Oxşar xəbərlər