Avropa İttifaqının maliyyələşdirdiyi “Erasmus+KA2” proqramı üzrə həyata keçirilən “Nəqliyyat xidmətləri üçün risk və böhran mühəndisliyi” (CRENG) layihəsi çərçivəsində Azərbaycan Texniki Universitetində (AzTU) yaradılan “Nəqliyyat xidmətləri üçün risk və böhran mühəndisliyi” magistr proqramı ilə tədris müvəffəqiyyətlə yerinə yetirilir.
2020-2021-ci tədris ilində magistr proqramı üzrə 5 ixtisas fənninin tədrisi uğurla başa çatdırılıb. Layihə çərçivəsində növbəti tədris ilində keçirilməsi nəzərdə tutulan digər 8 fənn üzrə tədris materialları hazırlanıb və müvafiq ixtisas kafedralarında müzakirə olunaraq qəbul edilib. Layihəyə uyğun olaraq nəqliyyat sistemlərində risk və böhran mühəndisliyi, həmçinin risk vəziyyətlərində kompleks nəqliyyat prosesi və sistemlərinin simulyasiyası fənləri üzrə öyrənmə üsulu uğurla tətbiq edilib. Eyni zamanda, tələbələrə öyrəndikləri biliklərin tətbiqi imkanı yaradılıb, onlara müvafiq məsləhətlər verilib.
Qeyd edək ki, yeni magistr proqramı üzrə 13 ixtisas fənninin tədrisi nəzərdə tutulur. İxtisas fənlərinin tədrisinə AzTU-nun 4 kafedrasının müəllimləri cəlb edilib.
Tehsil-press.az