BDU-da Ümummilli Liderin 100 illik yubileyi ilə əlaqədar tədbirlər planı qəbul olunub

BDU-da Ümummilli Liderin 100 illik yubileyi ilə əlaqədar tədbirlər planı qəbul olunub Bakı Dövlət Universitetində (BDU) Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar tədbirlər planı qəbul olunub. Bu barədə BDU Elmi şurasının iclasında qərar qəbul edilib.
Universitetin rektoru Elçin Babayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2023-cü ilin “Heydər Əliyev İli” elan olunmasını xatırladaraq qeyd edib ki, artıq BDU-nun fakültələrində və Məşvərət Şurasında Ulu Öndərin anadan olmasının 100-cü ildönümü ilə əlaqədar müzakirələr aparılıb və təkliflər dinlənilib.
Tədbirlər planında Ümummilli Lider, müstəqil Azərbaycan dövlətinin qurucusu, Bakı Dövlət Universitetinin ən böyük məzunu Heydər Əliyevin həyatı və çoxşaxəli fəaliyyəti ilə bağlı beynəlxalq konfransların, seminarların keçirilməsi, kitabların hazırlanması, xüsusi mühazirələrin və dərslərin təşkili, “Heydər Əliyev təqaüdü”nün təsis olunması və s. məsələlər əks olunub.

Tehsil-press.az



Oxşar xəbərlər