Məleykə Abbaszadə: Ümummilli lider Heydər Əliyevin ideyaları əbədi yaşayacaq

Məleykə Abbaszadə: Ümummilli lider Heydər Əliyevin ideyaları əbədi yaşayacaq Dövlət İmtahan Mərkəzində (DİM) ümummilli lider Heydər Əliyevin əziz xatirəsini anma mərasimi keçirilib.
Tədbirdə DİM Direktorlar Şurasının sədri Məleykə Abbaszadə ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə ölkəmizdə qazanılan nailiyyətlərdən danışıb. Qeyd olunub ki, dahi rəhbər Heydər Əliyev müasir müstəqil Azərbaycanın inkişaf yolunu müəyyənləşdirib.
Ümummilli lider Heydər Əliyev siyasi irsinin, dövlətçilik təcrübəsinin əhəmiyyətini diqqətə çatdıran DİM Direktorlar Şurasının sədri dahi rəhbərin ideyalarının əbədi yaşayacağını söyləyib.
M.Abbaszadə müdrik şəxsiyyət Heydər Əliyevin elm, təhsil və mədəniyyətin inkişafına daim böyük önəm verdiyini xatırladıb.
DİM Direktorlar Şurası sədrinin müavini Bəhram Xəlilov müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin doğma Vətən və xalq qarşısındakı tarixi xidmətlərindən bəhs edib.
Sonra Ulu Öndərin 2002-ci ildə ali məktəblərə yüksək balla qəbul olunmuş tələbələrlə görüşünü əks etdirən film göstərilib.
Digər çıxış edənlər də ümummilli lider Heydər Əliyevin böyük xilaskarlıq rolunu vurğulayıblar.

Hikmət Əliyev


Məleykə Abbaszadə: Ümummilli lider Heydər Əliyevin ideyaları əbədi yaşayacaq


Oxşar xəbərlər