Yaponiyada son sutkada koronavirusundan ölənlərin sayı rekord həddə çatıb

Yaponiyada son sutkada koronavirusundan ölənlərin sayı rekord həddə çatıb Yaponiyada son sutkada COVID-19 virusundan ən azı 438 nəfər ölüb. Bu, bütün pandemiya dövründə qeydə alınan ən yüksək sutkalıq göstəricidir.
Bu barədə Kyodo agentliyi ölkənin Səhiyyə Nazirliyinə və yerli bələdiyyələrə istinadla məlumat yayıb. Qeyd edilir ki, son sutkada koronavirusa yoluxanların ümumi sayı 202 min nəfər təşkil edib. Yoluxma sayının paytaxt Tokioda və digər böyük şəhərlərdə kəskin artdığı bildirilir.
Xatırladaq ki, noyabrda COVID-19 virusundan ölənlərin orta gündəlik sayı təqribən 100 nəfərə bərabər olub. Lakin sonradan bu göstərici kəskin şəkildə artıb. Qeyd edilir ki, son dəfə həmin virusdan ölənlərin sayında artım virusun yayda baş verən növbəti dalğası zamanı müşahidə edilib.
Qeyd edək ki, pandemiya başlayandan bəri Yaponiyada ümumilikdə 28,5 milyon nəfər koronavirusa yoluxub, onlardan 55,6 mini həyatını itirib.

Tehsil-press.az

Oxşar xəbərlər