Görkəmli oftalmoloq-alim, Əməkdar elm xadimi, professor, tibb elmləri doktoru, akademik Zərifə Əliyevanın anadan olmasının 100 illik yubileyinə həsr edilmiş “Dəyişən dünyada qadın: Şərq və Qərb baxışı” mövzusunda beynəlxalq elmi konfransa tezislər qəbul olunur.
Bu barədə AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutundan məlumat verilib. Bildirilib ki, tezislər yanvarın 20-dək Azərbaycan, türk, ingilis, rus, ərəb dillərində qəbul edilir. Qəbul edilən tezislər fevralın 10-da elan olunacaq. Konfrans tarix və ədəbiyyatda, elmdə, təhsildə, incəsənətdə, mədəniyyətdə və günümüzdə qadın, müasir dövrdə qadın problemləri mövzularını əhatə edir.
Xatırladaq ki, konfrans Misir Ərəb Respublikası Milli Məclisinin Bint Bələd üzrə Qadınlar Cəmiyyəti, İraq Strateji Araşdırmalar Mərkəzi, Çin Xalq Respublikasının Hebey Universiteti, Rusiyanın Tarix, İqtisadiyyat və Hüquq Elmi-Tədqiqat İnstitutu və Qazaxıstan Respublikası Təhsil və Elm Nazirliyi R.B.Süleymanov adına Şərqşünaslıq İnstitutunun iştirakı ilə martın 6-7-də onlayn təşkil ediləcək.
Tehsil-press.az