Bakı Mühəndislik Universitetində (BMU) bakalavriat və magistratura səviyyələrində 2022/2023-cü tədris ilinin payız semestrinin qış imtahan sessiyası başlayıb.
İmtahanlarda tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığın və obyektivliyin tam təmin olunması üçün hərtərəfli şərait yaradılıb, həmçinin imtahan zallarında bu məqsədlə bütün zəruri tədbirlər həyata keçirilib.
Tələbələrin fənlər üzrə imtahanqabağı ballarının BMU-nun Elektron Məlumat Sistemi vasitəsilə avtomatik hesablanması məqsədilə əldə edilən bütün qiymətləndirmə məlumatları imtahana qədər sistemdə əks olunub. İmtahan nəticələri isə imtahan keçirilən gün fənn müəllimləri tərəfindən Elektron Məlumat Sisteminə yerləşdiriləcək.
Sessiyanın gedişinə operativ nəzarət edilməsi, yarana biləcək şikayətlərin dərhal araşdırılması, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflıq və obyektivliyin tam təmin olunması məqsədilə İmtahan Qərargahı və Apelyasiya Komissiyası yaradılıb.
İmtahanların mövcud normativ sənədlər əsasında və təlimata uyğun keçirilməsi, sessiya müddətində nizam-intizamın yüksək səviyyədə təşkili universitet rəbərliyinin diqqət mərkəzində saxlanılır, eyni zamanda imtahanların gedişi ardıcıl surətdə yoxlanılır.
Əyani formada təşkil olunan imtahan sessiyası fevral ayının 1-nə kimi davam edəcək.
Tehsil-press.az